Şamaxıda “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polislər tərəfindən həmin obyektə baxış keçirilən zaman orada 50-yə yaxın şəxsin bir yerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub.
Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunverciliyə uyğun tədbir görülüb.
Bizim.Media