Səttar Möhbalıyev: “Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi”

“Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşün Azərbaycanın tam diplomatik qələbəsi ilə başa çatdığını deyə bilərik. Öncə onu vurğulayım ki, əgər xatırlayırsınızsa, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bildirmişdi ki, Brüssel formatından imtina edir. Amma onun bu cəhdi uğursuzluqla nəticələndi və qalib tərəfin diktəsi ilə öz mövqeyindən geri çəkilərək Brüsselə getməyə məcbur oldu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Həmçinin Ermənistan keçiriləcək növbəti görüşdə Fransanın da iştirakını israrla tələb edirdi. Son görüş təsdiq etdi ki, Azərbaycan pozucu mövqe tutan, sülhə gedən yolu əngəlləməyə çalışan Fransanı masa arxasına buraxmadı, rəsmi Paris prosesi elə öz ölkəsindən izləməli oldu və niyyəti gözündə qaldı.

Təbii ki, Fransanın məqsədi bəllidir, dəfələrlə sərgilədiyi yanaşmaları ilə münasibətləri gərginləşdirməyə çalışır.

Elə hesab edir ki, dünyada güc sahibidir, Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarına malikdir. Amma unudur ki, Azərbaycan regionun lideridir, qalib ölkədir və aparılan danışıqlarda əsas söz sahibidir. Həmçinin Emmanuel Makronun əhəmiyyətsiz daxili və xarici siyasəti, o cümlədən öz ölkəsində həyata keçirmək istədiyi islahatlar, bunun da xalqın maraqlarına cavab verməməsi və etirazlara səbəb olması Fransanın həm Avropa İttifaqı daxilində, həm də dünyada nüfuzunun, demək olar ki, tamamilə itirilməsinə gətirib çıxarıb. Belə məqamda Fransanın bu görüşdə tərəf kimi çıxış etməyə heç bir haqqı yox idi və Azərbaycan da buna birmənalı şəkildə imkan vermədi”, - AHİK sədri bildirib.

Onun sözlərinə görə, Brüssel görüşünün nəticələrinə dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasında yer alan məqamlar Azərbaycanın maraqlarına tam cavab verir və ölkəmizin danışıqlar masasında növbəti diplomatik uğurudur: 

“Delimitasiya üzrə görüşlərin davam etdirilməsində razılıq əldə olunub, həmçinin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqlik nümayiş etdirilib. Bu, bir daha onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

Eləcə də kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası, azaraq Ermənistan tərəfə keçən azərbaycanlı əsgərlərin təhvil verilməsi, itkin düşmüş şəxslərin taleyi, minaların təmizlənməsi və digər məsələlərin müzakirəyə çıxarılması Azərbaycanın dəyişməz mövqeyini, dövlətimizin başçısı cənab İlham Əliyevin diplomatik bacarığını və siyasi iradəsini göstərir.
Ermənistan tərəfi də anlamalıdır ki, Azərbaycanın bütün səyləri sülhə hesablanıb və bu, ən optimal çıxış yoludur. Artıq mənasız xəyallardan əl çəkməyin vaxtıdır, yeni reallıqları qəbul etmək lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diplom hansı halda TANINMIR?

Diplom hansı halda TANINMIR?

Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO

Bu səhnə "Yeraltı"ndan çıxarıldı - FOTO

“Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Turan Tovuz” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

Polkovnik-leytenantın oğlunu öldürənə HÖKM oxundu - FOTO

Polkovnik-leytenantın oğlunu öldürənə HÖKM oxundu - FOTO

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir - FOTO

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir - FOTO

Rusiyaya gedənlərin diqqətinə: Yeni sərt QAYDA

Rusiyaya gedənlərin diqqətinə: Yeni sərt QAYDA

Samvel Karapetyanın ev dustaqlığı uzadıldı

Samvel Karapetyanın ev dustaqlığı uzadıldı

Tramp: İran HƏR ŞEYLƏ razılaşdı...

Tramp: İran HƏR ŞEYLƏ razılaşdı...

“Cənubi Qafqazda yeni status-kvo formalaşdırmışıq” - Hikmət Hacıyev

“Cənubi Qafqazda yeni status-kvo formalaşdırmışıq” - Hikmət Hacıyev

Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri QADAĞAN OLUNDU

Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri QADAĞAN OLUNDU

Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan qovdu

Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan qovdu

Naxçıvanda beş yeni körpələr evi tikiləcək

Naxçıvanda beş yeni körpələr evi tikiləcək

Sumqayıtda QƏZA: ölən var

Sumqayıtda QƏZA: ölən var

Təbiətə 133 mindən çox ziyan vuruldu

Təbiətə 133 mindən çox ziyan vuruldu

Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ

Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ

Livana hücumlarda ölənlərin SAYI

Livana hücumlarda ölənlərin SAYI

Vahan Kostanyan: Ermənistandan Azərbaycana bəzi məhsulların İXRACI gözlənilir

Vahan Kostanyan: Ermənistandan Azərbaycana bəzi məhsulların İXRACI gözlənilir

Tramp Pakistanı da UNUTMADI: “Fantastik insanlar...” - FOTO

Tramp Pakistanı da UNUTMADI: “Fantastik insanlar...” - FOTO

"Avroviziya" təmsilçimiz bunu ilk dəfə etdi

"Avroviziya" təmsilçimiz bunu ilk dəfə etdi

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Ölkə birincisi BANM-də təhsil almağı arzulayır

Ölkə birincisi BANM-də təhsil almağı arzulayır

Hikmət Hacıyev Ermənistanla normallaşma prosesindən danışıb

Hikmət Hacıyev Ermənistanla normallaşma prosesindən danışıb

Rəmişin xanımı Gülü İLLƏR SONRA: “Məni unudun, adımı silin...” - EKSKLÜZİV

Rəmişin xanımı Gülü İLLƏR SONRA: “Məni unudun, adımı silin...” - EKSKLÜZİV

Bakıda bu avtobuslar yenilənir

Bakıda bu avtobuslar yenilənir

End of content

No more pages to load

RADİO