“BQXK-nin Xankəndidəki ofisi ya Azərbaycana bağlı olmalı, ya da bağlanmalıdır”

“Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı fəaliyyət göstərən əsas xarici təşkilat Beynəlxalq Qırmızı Xaç Komitəsidir. Xankəndində ofisi fəaliyyət göstərən Komitənin əsas “missiyası” erməni əhalisinə humanitar dəstək verməkdir, halbuki, bu “humanitar dəstək”lə bağlı da şübhəli məqamlar var”. 

Bizim.Media xəbər verir ki, bunu Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli deyib. 

Yazını olduğu kimi təqdim edirik: 

Burada əsas sual Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisinin niyə Ermənistana bağlı olmasıdır? 

Komitə faktiki olaraq Xankəndindəki missiyasını İrəvandan idarə edir. Halbuki, Xankəndi Azərbaycanın ərazisidir və bu BMT tərəfindən qəbul edilmiş faktdır.  

44 günlük müharibədən sonra ərazi bütövlüyünü bərpa edən və BMT-nin məlum 4 qətnaməsini özü icra edən Azərbaycanın əsas siyasəti Qarabağdakı erməni əhalisinin reinteqrasiyasının həyata keçirilməsi, separatçıların girovunda olan bu insanları xlas etməkdir. Beynəlxalq səviyyədə qəbul edilən Bakının bu proqramı bütün mövcud danışıqlar masalarında da tanınıb.

Xankəndi-Laçın yoluna postun qoyulmasından sonra isə artıq separatçıların sonu daha da yaxınlaşdırılıb. Lakin bütün bunların fonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisinin Ermənistana bağlı olması qondarma vəziyyət yaradır. 

Birincisi, Beynəlxalq Qırmızı Xaç Komitəsi bununla BMT-yə, ümumilikdə beynəlxalq hüquqa qarşı çıxmış olur; 

İkincisi, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanın ərazi bütövlüyünü pozur və humanitar missiyasını siyasiləşdirmiş olur. Çünki Komitənin Xankəndindəki ofisinin Ermənistana bağlı olması Qarabağdakı separatçılara bu və ya digər formada dəstək, onların mövcudluğuna de-fakto tərəf çıxmaq deməkdir. 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisi Azərbaycana bağlı olmalıdır, beynəlxalq hüquq bunu tələb edir. Komitə də özünü beynəlxalq təşkilat hesab edirsə, subyektiv olduğu beynəlxalq hüququn tələblərinə əməl etməlidir. Əks təqdirdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisi bağlanmalıdır, təşkilat bundan imtina edərsə, onun legitimliyi tanınmamalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

Avtobusu sürməkdən imtina edən sürücüyə hansı cəza verilib? - VİDEO

End of content

No more pages to load

RADİO