Paşinyan “Ölümsüz Kaşşey” rolunda – Meydan tamaşaları onun ömrünü uzadır

Bir neçə gün idi ki, Ermənistanda siyasi gərginlik özünün ən yüksək zirvəsinə yüksəlmişdi. İstər baş nazir, istərsə də müxalifət mövcud sistem daxilində siyasi gedişlər edə bilmir, qüvvələr balansına görə hər hansı tərəf digərindən üstün ola bilmirdi.

Tək yol isə xalqı meydanlara çıxarmaq və kimin güclü olduğunu göstərmək idi. Lakin erməni xalqı bir neçə aydır ki, ciddi siyasi aktivlik nümayiş etdirmirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Sarkisyanın Qarabağ haqqında gizli telefon danışıqları –  SİRR ÜZƏ ÇIXDI


Ancaq 1 mart axşamı Nikol Paşinyan tərəfdarlarının Yerevanda təşkil etdikləri mitinq son ayların ən səs küylü mitinqi kimi yadda qaldı. Gözləntilərin əksinə o,  müxalifətdan qat-qat artıq tərəfdarını meydana çıxarmağı bacardı.

Paşinyanın mövqeyindən uğurlu hesab edilən mitinq Ermənistandakı siyasi gərginliyə də ciddi təsir göstərdi. İlk növbədə mitinq Paşinyanın hələ də xalq arasında ciddi nüfuza malik olduğunu göstərdi.

Bununla da müxalifətin uzun müddətdir ki, xalqı Paşinyana qarşı çevirmək istiqamətindəki fəaliyyətinin faydasız olduğu aydın oldu.

Paşinyanın ən son mitinqdən sonra ciddi güc qazandığı və Ermənistan daxilindəki qüvvələrə mesaj verdiyi aydındır. Ancaq əsas sual doğuran məsələlərdən biri Paşinyanın bu miqyasda mitinqi necə təşkil etməsi ilə bağlıdır.

Doğrudanmı, erməni xalqı Paşinyana bu qədər etimad edir və onun hakimiyyətini uzatmaqda qərarlıdır?

Əslində sualın cavabı Paşinyanın həm müharibədən əvvəlki dövrdəki, həm də müharibədən sonrakı fəaliyyəti ilə bağlıdır.

İlk öncə onu qeyd edək ki, Paşinyan və hakim “Mənim addımım” fraksiyası 2018-ci il təcrübəsinə uyğun olaraq gənclər və sosial media sahəsində ciddi üstünlüyə malikdir.

Paşinyanın rəsmi çıxışlarını belə sosial şəbəkələr üzərindən qurması onun güvəndiyi kütlənin daha çox gənclərdən və sosial media yönümlü şəxslərdən təşkil olunduğunu deməyə əsas verir.

Bu kütləyə aid olan şəxslərin isə çox az bir hissəsi müxalifətin mitinqlərində iştirak edir. Çünki Ermənistanın yeni və əsasən də Qərb meylli kəsimi adlandıra biləcəyimiz bu insanlar Qarabağla bağlı prinsipiallığa malik deyillər. Hətta əksinə Qarabağı Ermənistanın inkişafındakı əsas problem olaraq görürlər.

Paşinyanın 2018-ci ildə inqilabla hakimiyyətə gəlməsindən sonra gördüyü işlər Ermənistanda ən çox orta təbəqənin inkişafına təkan verib.

Sarkisyanın və daha əvvəl Koçaryanın hakimiyyəti illərində Ermənistanda ciddi oliqarxiya mövcud idisə, artıq Paşinyanın hakimiyyətə gəlməsi ilə orta təbəqənin mənafeyini müdafiə etməyə başladı.

Bu 2 il ərzində Paşinyan hakimiyyətindən ən çox qazanan da məhz orta təbəqə olub. Ciddi investisiya imkanlarının yaradılması, azad sahibkarlığın inkişafı, vergi və məhkəmə sistemindəki dəyişikliklər orta təbəqinin inkişaf etdirilməsinə təkan verdi.

Bu təbəqə eyni zamanda Ermənistanın gələcək inkişaf strategiyalarının da təməlində yer almağa başladı.

1 mart mitinqində Paşinyanı müdafiə edən əsas kütlə də məhz Ermənistanın orta təbəqəsidir.

Çünki Paşinyan hazırda orta təbəqinin və onun qazandığı imkanların təminatıdır. Paşinyanın kiminləsə əvəzlənməsi isə qeyri-müəyyənlik yaradır, çünki digər namizədlərin konkret müəyyən olunmuş iqtisadi strategiyası yoxdur.

Sarkisyan-Koçaryan modeli isə orta təbəqəyə çox yaxşı tanışdır və birbaşa bu kütlənin mənafeyinə zidd oliqarxiyanın təminatçılarıdır. Bu təbəqə bütün gününü meydanlarda və mitinqlərdə keçirəcək qədər boş vaxta sahib deyil.

Paşinyanın mitinq saatını məhz bu amilə görə nizamlamış olması da cəmiyyətdə sosial bazasının davranış xüsusiyyətlərini ciddi şəkildə nəzərə aldığını göstərir. 

Hazırda Ermənistanda Qərbə inteqrasiya tərəfdarı olan, iqtisadi inkişafa töhvə verən orta təbəqə mövcuddur. Bu orta təbəqə də Paşinyanı dəstəkləyir.

Çünki digər alternativlər yenidən müharibə, artan vergilər və yeni xərclər deməkdir. Ermənistan hakimiyyətinin Qarabağ iddiaları orta təbəqə üçün ən böyük problemdir.

Çünki Qarabağa yönəldilən maliyyə imkanları məhz onlardan alınan vergilər hesabına təmin olunub. Qarabağ məsələsinin bu və ya digər formada həll olunması elə ən çox orta təbəqənin marağına xidmət edən amildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qayınatasını yumruq zərbəsi ilə öldürən şəxsdən YENİ XƏBƏR

Qayınatasını yumruq zərbəsi ilə öldürən şəxsdən YENİ XƏBƏR

Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş - Foto

Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş - Foto

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərin ən ucuz olduğu ərazilər AÇIQLANDI – SİYAHI

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qiymətlərin ən ucuz olduğu ərazilər AÇIQLANDI – SİYAHI

Bakıda beynəlxalq KONFRANS keçirilir

Bakıda beynəlxalq KONFRANS keçirilir

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

İstanbul İqtisadi Forumu mərkəzi bank rəhbərlərini bir araya gətirəcək - Azərbaycan da iştirak edəcək

İstanbul İqtisadi Forumu mərkəzi bank rəhbərlərini bir araya gətirəcək - Azərbaycan da iştirak edəcək

Azərbaycanda repetitorluq edən qadın müəllim həbs olundu

Azərbaycanda repetitorluq edən qadın müəllim həbs olundu

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı - Fotolar

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı - Fotolar

Kim Çen In Ukraynaya qarşı müharibədə Putini dəstəkləyəcəyinə SÖZ VERDİ

Kim Çen In Ukraynaya qarşı müharibədə Putini dəstəkləyəcəyinə SÖZ VERDİ

“Bitcoin” ucuzlaşdı

“Bitcoin” ucuzlaşdı

Dünya çempionatı: Daha 4 cüdoçumuz bu gün tatamiyə çıxacaq - FOTO

Dünya çempionatı: Daha 4 cüdoçumuz bu gün tatamiyə çıxacaq - FOTO

Tramp Putinlə bu məsələni MÜZAKİRƏ EDƏCƏK

Tramp Putinlə bu məsələni MÜZAKİRƏ EDƏCƏK

Bəzi tələbələrin ödədiyi təhsilhaqqı geri QAYTARILACAQ – RƏSMİ

Bəzi tələbələrin ödədiyi təhsilhaqqı geri QAYTARILACAQ – RƏSMİ

Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi

Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi

Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi

Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi

“Hacı pivəsi”nə arxayın olan sürücülərə XƏBƏRDARLIQ — CƏRİMƏLƏNƏ BİLƏRSİZ

“Hacı pivəsi”nə arxayın olan sürücülərə XƏBƏRDARLIQ — CƏRİMƏLƏNƏ BİLƏRSİZ

Alyaskada güclü ZƏLZƏLƏ

Alyaskada güclü ZƏLZƏLƏ

Hərbi bazaya hücum edib 13 nəfəri öldürmüşdü - 65 il sonra ilk dəfə bu üsulla edam olunacaq

Hərbi bazaya hücum edib 13 nəfəri öldürmüşdü - 65 il sonra ilk dəfə bu üsulla edam olunacaq

Tacir Şahmalıoğlu səhhətindən danışdı: "Tənginəfəs oluram"

Tacir Şahmalıoğlu səhhətindən danışdı: "Tənginəfəs oluram"

Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI

Bakıya leysan yağacaq: tarix verildi, bu ərazilərdə hazırlıq başladı – SİYAHI

Tramp: “ABŞ-ın İran neftinə ehtiyacı yoxdur”

Tramp: “ABŞ-ın İran neftinə ehtiyacı yoxdur”

50 yaşdan sonra eşqə düşən 3 bürc

50 yaşdan sonra eşqə düşən 3 bürc

Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - VİDEO

Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - VİDEO

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 qat artırır

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 qat artırır

End of content

No more pages to load

RADİO