“Vaqner” özəl hərbi təşkilatın yaradıcısı Yevgeni Priqojin Ukrayna hərbçilərini əsir götürməməyi əmr edib.
Bizim.Media xəbər verir ki, onun şərhini “Vaqner”in mətbuat xidməti dərc edib.
Xatırladaq ki, guya Ukrayna döyüşçüləri əsir düşən yaralı “Vaqner” döyüşçüsünü öldürmək qərarına gəliblər. Bununla bağlı sosial şəbəkədə görüntülər də yayılıb.
Görünür, Priqojin bu insidentdən sonra əsir götürməmək əmrini verib.
Bizim.Media