Saxta SÜLH GÖYƏRÇİNİ – Paşinyan “Qarabağ Azərbaycandır” deməkdən niyə qorxur?

Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi hər təxribatdan sonra İrəvan hakimiyyətinin sülhə yönələ açıqlamaları artıq adət halını alıb. Bu müstəvidə Ermənistan Baş naziri Nikol Paşinyan xüsusilə canfəşanlıq göstərir. 

Belə ki, bir neçə gün əvvəl azaraq Ermənistan tərəfə keçən əsgərlərimizə qarşı ermənilər tərəfindən törədilən vəhşilik və İrəvanda olan beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması olayının ardınca Paşinyan efirə çıxaraq guya sülhə yönəlik açıqlamalarla çıxış edib. 

O bildirib ki, Ermənistan sülh danışıqlarına hazırdır. Nikol həmçinin, Azərbaycanən ərazi bütövlüyünü tanıdığını bəyan edib. 

Amma aydın görünür ki, Paşinyan bu dəfə də oyun oynayır. Çünki törədilən vandal hərəkətləri ilə İrəvanın sülh istəmədiyi və beynəlxalq yarışların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığı obrazını formalaşdırır. Bu isə istər-istəməz Ermənistanın dünya miqyasında olmayan imicinə daha bir zərbə vurur. 

Paşinyan da məhz bundan narahat olduğundan və baş vermiş olaylarla bağlı özünü təmizə çıxarmaq üçün son təxribatlardan dərhal sonra sülhə yönəlik açıqlamalar verir. Bu isə bir daha göstərir ki, Paşinyan heç də real müstəvidə sülhün olmasında maraqlı deyil.
Onun nəticəsidir ki, erməni baş nazir növbəti dəfə Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deməkdən çəkindi. Deməli, təxribatların ardınca “sülh göyərçini” obrazına girməklə Paşinyan sadəcə oyun oynayır. 

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, Paşinyanın sözləri heç bir əhəmiyyətə malik deyil, heç bir siyasi çəkisi olmayan söz-söhbətlər, bəyanatlardır: 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirildi


“Ümumiyyətlə Ermənistandakı siyasi rəhbərlərin heç birinin sözlərinin heç zaman dəyəri, əhəmiyyəti olmayıb. Əhəmiyyət kəsb edən əməl və proseslərdir, bu da ondan xəbər verir ki, Ermənistan cəmiyyətində süni anti-Azərbaycan əhval-ruhiyyəsi yaradılır. Bu da nəticədə Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsinə əngəl törədir. 

Paşinyandan bu sayaq sözləri çox eşitmişik, bundan sonra da eşidəcəyik. Onların heç birinə inanmırıq. Ermənilərin nəinki sözlərinə, hətta imzalarına belə inanmaq olmur.

Məsələn, Levon Ter-Petrosyan vaxtilə Almaatı deklorasiyasının altına imza atsa da, bir neçə aydan sonra Şuşa və Laçının işğalı baş verdi. Paşinyan üçtərəfli sazişi imzalasa da, hələ də Zəngəzur dəhlizi açılmayıb, silahlı erməni dəstələri Qarabağda qalmaqda davam edir”. 

Ekspert təcrübəyə əsasən qeyd edir ki, Paşinyan da digər xələfləri kimi, ermənisayağı yanaşma tərzi sərgiləyir: 

“Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, amma yenə də Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını etiraf etməkdən çəkindi. Ona görə də onun dedikləri boş sözlərdir. Təcrübə göstərir ki, o da digərləri kimi ermənisayağı yanaşma tərzi sərgiləyir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi – FOTO

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Qulluqçularla davranışına görə tənqid edildi:"Təkəbbürlü və kobud"

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Dünya məhv olsa, harada sağ qalmaq olar? - Alimlər ən təhlükəsiz ölkəni açıqladılar

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Satanda bir manat belə itirməyəcəksiniz - Bu qızılı alın

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Tullantı hesab edilirdi, indi evləri işıqlandırır – elektromobil batareyalarına ikinci həyat

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Plan yerləri ən çox hansı ixtisas qrupunda dolub? – DİM AÇIQLADI

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda yeni körpü inşa olundu – VİDEO

Bakıda yeni körpü inşa olundu – VİDEO

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

İxtisas qrupları üzrə boş qalan plan yerlərinin SAYI AÇIQLANDI

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Universitetə qəbul olanların NƏZƏRİNƏ – Qeydiyyat başlayır – TARİXLƏR

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi- Qanaxmadan öldü

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

Yeni təmayül tədris modelinə müraciət edən şagirdlərin SAYI

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

“Ortopedik” adı ilə satılan bahalı çantalarla bağlı XƏBƏRDARLIQ

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

40 il əvvələdək dünyadan xəbərləri yox idi- Zamanı da tanımırlar...

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Təhsil Tələbə Krediti Fondundan ali məktəblərə qəbul olmuş tələbələrə MÜRACİƏT

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var? – RƏSMİ AÇIQLAMA

Məktəbli geyimləri UCUZLAŞDI: Satış ünvanları –SİYAHI

Məktəbli geyimləri UCUZLAŞDI: Satış ünvanları –SİYAHI

Sabirabadda əməliyyat: Saxlanılan var – FOTO

Sabirabadda əməliyyat: Saxlanılan var – FOTO

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

Tanımadığı şəxsi qonaq apardı – Az qala mənzilindən olacaqdı... – DETALLAR

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

İlham Əliyevdən Maya Sanduya MƏKTUB

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

“Vefa Esthetic Center”də qanun pozuntuları aşkarlandı – RƏSMİ

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video

End of content

No more pages to load

RADİO