G7 ölkələri Ukraynaya 5 milyard dollardan çox əlavə maliyyə yardımı barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
“Yeddilik ölkələrinin maliyyə nazirləri ilə yaz görüşlərində aparılan danışıqların nəticələrinə görə, biz Ukraynaya 5 milyard dollardan çox əlavə dəstək alacağımıza dair təminat aldıq.
Odur ki, Kiyev Paris, London və Berlindən yardım paketlərini razılaşdıra bilib”, - deyə Şmıqal qeyd edib.
Baş nazir Ukrayna tərəfinə maliyyə yardımının verilmə müddətini açıqlamayıb.
Bizim.Media