Nigar Camal: “Geyimlərin qiyməti və markası ilə öyünmək çirkinlikdir” – ÖZƏL/FOTO

“Bütün xanımlar kimi mən də gözəlliyimə və görünüşümə baxmağı çox sevirəm. Geyim xanım üçün çox önəmlidir. Arıq və formada olan qadınlar hər zaman gənc görünür. Xanımlar özlərinə qulluq etməlidirlər. Bəzən qadınlar baxım məsələlərini pula bağlayıb, problem edirlər.

Amma biz internet dövründə yaşayırıq, “Google” və “YouTube”da baxımla bağlı o qədər gözəl məsləhətlər var ki... Onlardan heç olmasa səhər və axşam yararlansalar, dəriləri təravətli və cavan qalar”. 

Bu sözləri Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Geyimlərinin qiymətindən və markasından danışmağı sevməyən estrada ulduzu bildirib ki, bundan sonrada səhnə obrazını dəyişmək niyyətində deyil: 



“Sevmirəm geyimlərimin qiymətini açıqlayım və bununla gündəmə gəlim. Bu düzgün deyil. Hansı geyimi sevirəmsə onu da alıb, geyinirəm. Mənim üçün həmin geyimin marka və ya qiymətinin yüksək olub-olmaması önəmli deyil. Əsas odur ki, yaraşsın. Geyimlərin qiyməti və markası ilə öyünənlər kənardan çirkin görsənirlər.
Bir-iki dəfə stilistlərlə işlədim. Onlar tərzimi dəyişməyə çalışdılar. Amma mənim artıq bir obrazım var və səhnə imicimdən də kənar çıxmaq xoşlamıram. Koordinal dəyişimləri də sevmirəm.  Necə varamsa elə də qalım”. 

Nigar idmançı qızları Jasmin və Səidədən də söhbət açıb: 
 
“Böyük qızım Jasmin hazırda tətildə, Bakıda yanımdadır. Onun doğum gününü qeyd etdik. Amma bir neçə gündən sonra o yenidən Londona qayıdacaq. Bilirsiniz ki, övladlarım orada yaşayıb, təhsil alırlar. Jasmin hələ də peşəkar futbol ilə məşğul olur.

Dünyanın ən güclü məktəbləri İngiltərədədir. Jasmin Bakıdakı peşəkar futbolçulardan futbolu daha yaxşı oynayır. Digər qızım Səidə də idmanla məşğul olurdu. Amma hələki idmanı dayandırıb”. 

N.Camal bir müddət əvvəl rus həmkarı Dima Bilanın konsertində duet çıxışından da danışıb. Müğənni bildirib ki, onların çıxışları üçün hazırlanan nömrə Nigara yıxılmaq qorxusu yaşadıb:  

“Rusiya tamaşaçıları konsertləri çox sevirlər. Dima Bilanın konserti çox yüksək səviyyədə keçdi. Dima ilə “Обними меня” (Məni qucaqla) adlı duetimiz var. Həmin duet üçün xüsusi nömrə hazırlanmışdı. Uzun pilləkanlara çıxmalı idim. O konstruksiya isə silkələnirdi. Ora qalxıb, sonra da düşməli idim.



İnanın neçə dəfə məşq etsəm də, ora qalxıb-düşməkdən çox qorxurdum. Ayağımda da hündürdaban ayaqqabı var idi. Hər an yıxılmaq təhlükəsi vardı. Amma şükürlər olsun ki, heç bir pis hadisə yaşanmadı”. 

Nigar müsahibənin sonunda bu il ölkəmizi “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanov qardaşlarının yarışmada beşlikdə gördüyünü açıqlayıb:

“Təmsilçilərimiz maraqlı simalardır və mahnıları da dünya şöhrətli “The Beatles” qrupunun nəğmələrinə çox bənzərdir. Bu qrup isə şou-biznes həyatına Liverpul şəhərindən başlayıb. Bu il də “Avroviziya” yarışması bu şəhərdə baş tutacaq. Düşünürəm ki, təmsilçilərimiz və oxuduqları mahnı insanların xoşuna gələcək.
Məncə onlar beşliyə daxil olacaqlar. Alınsa onları elə orada gedib dəstəkləyəcəyəm. Bukmeykerləri Eldarla məni onluqda görürdülər. Amma biz beşliyə düşdük və “Avroviziya”da qalib gəldik. Proqnozlar bəzən səhv olur”. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

65 yaşı tamam olan həkimlərə müjdə

65 yaşı tamam olan həkimlərə müjdə

Şvartseneqqer sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Şvartseneqqer sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

Azərbaycandakı həkimlərin sayı AÇIQLANDI

Azərbaycandakı həkimlərin sayı AÇIQLANDI

Simonyan özündən 20 yaş kiçik modellə evlənir– VİDEO

Simonyan özündən 20 yaş kiçik modellə evlənir– VİDEO

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Lopez səhnədə yaşadığı qorxulu anlardan DANIŞDI

Lopez səhnədə yaşadığı qorxulu anlardan DANIŞDI

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

9-cu sinif şagirdi qəfil vəfat etdi

9-cu sinif şagirdi qəfil vəfat etdi

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

İran xam neft ixracına başladı

İran xam neft ixracına başladı

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR - SİYAHI

Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR - SİYAHI

“Qarabağ” 500 min dollardan İMTİNA ETDİ

“Qarabağ” 500 min dollardan İMTİNA ETDİ

Sabiq Baş nazirlə müğənni sevgilisi piknikdə - Fotolar

Sabiq Baş nazirlə müğənni sevgilisi piknikdə - Fotolar

Bu il neçə nəfərə Prezident təqaüdü ödənilib?

Bu il neçə nəfərə Prezident təqaüdü ödənilib?

Sertifikasiya imtahanlarında bu fənlər üzrə müəllimlər iştirak edəcək –SİYAHI

Sertifikasiya imtahanlarında bu fənlər üzrə müəllimlər iştirak edəcək –SİYAHI

End of content

No more pages to load

RADİO