Ölkədə enerji qiymətləri necə formalaşacaq?

Elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər tənzimləyici tərəfindən müəyyən edilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər aşağıdakılardır:

- elektrik enerjisinin ötürülməsi tarifləri;

- elektrik enerjisinin paylanması tarifləri;

- bazar operatorunun xidmətlərinin tarifləri;

- ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri;

- sərbəst olmayan istehlakçılara, habelə sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri.

Elektroenergetika sektorunda qiymətlər (tariflər) elektroenergetika subyektlərinin elektrik enerjisinin ötürülməsi və paylanması üzrə əsaslandırılmış xərclərini tam ödəməklə, elektroenergetikanın inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.
Elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları tənzimləyici tərəfindən təsdiq edilir və onun rəsmi internet səhifəsində dərc olunur.

Elektroenergetika sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu Qanunun 3.1.5-ci maddəsində göstərilən qaydaya (ötürücü və paylayıcı sistem operatorlarının elektrik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydası) uyğun olaraq hesablanır.

Elektrik enerjisinin topdansatış bazarında bazar qiymətlərinin formalaşması mexanizmləri aşağıdakılara əsaslanır:

- elektrik enerjisi alıcıları və satıcılarının qiymət təklifləri əsasında tələb və təklifin balansı;

- qiymətləri elektrik enerjisinin alqı-satqı müqaviləsi tərəflərinin müəyyən etməsi.

Topdansatış bazarında qiymət təkliflərinin verilməsi və qiymətin formalaşması topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən edilir. İkitərəfli müqavilələr bazarında elektrik enerjisinin alıcıları və satıcıları ikitərəfli müqavilə şərtlərini və qiymətləri sərbəst müəyyən edirlər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Trampdan iqtisadi müharibə ELANI – Hansı ölkə İrana kömək etsə...

Trampdan iqtisadi müharibə ELANI – Hansı ölkə İrana kömək etsə...

Dünəndən qalan çayı içmək olar?

Dünəndən qalan çayı içmək olar?

Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il “dondurmaq”... – AÇIQLAMA

Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il “dondurmaq”... – AÇIQLAMA

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI

Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI

Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır

Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır

Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

BİZİM TƏQVİM:20 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 avqustda baş vermiş tarixi hadisələr

Müqəddəs yerdə ölənlər cənnətə düşür? - İlahiyyatçı o videodan danışdı

Müqəddəs yerdə ölənlər cənnətə düşür? - İlahiyyatçı o videodan danışdı

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

End of content

No more pages to load

RADİO