Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcək.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, 12-15 aprel tarixlərində Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclası keçiriləcək.
Ermənistandan yola düşəcək nümayəndə heyətində Simonyandan əlavə 11 nəfər olacaq, o cümlədən vitse-spiker Ruben Rubinyan da heyətdə yer alacaq.
Bizim.Media