İranın Bəndər-i Ənzəli şəhərində yerləşən erməni kilsəsində yanğın baş verib.
Bizim.Media “İRNA”ya istinadla xəbər verir ki, bu barədə Gilan şəhərinin Mədəni İrs, Turizm Və Əl İşləri İdarəsinin baş direktoru Lakin Cahani məlumat verib.
Cahaninin sözlərinə görə, kilsəyə yaxın ərazidə yerləşən restoranlardan birində başlayan yanğın, kilsəyə də keçib. Hadisə nəticəsində kilsəyə ciddi zərər dəyməyib.
Hazırda yanğının səbəbi araşdırılır.
Bizim.Media