Tayvan adasının yaxınlığında 8 Çin döyüş gəmisi və 42 döyüş təyyarəsi müşahidə edilib.
Bizim.Media "Kommersant.ru"ya istinadla xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Çin adanın yaxınlığında üç günlük təlimlərə başlayıb.
Qeyd edək ki, təlimlə Tayvanın Baş Qərargah rəisi Tsay İnq-Venin ABŞ-a səfəri fonunda keçirilir.
O, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşüb.
Çin isə buna cavab olaraq Amerika Hudson İnstitutuna və Reyqan Kitabxanasına qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media