“Kiyev may-oktyabr aylarında Rusiyaya hücumu intensivləşdirəcək. Lakin bu, bizi qorxuda və Ukraynanın şərtləri ilə Rusiya üçün əlverişsiz sülhə məcbur edə bilməz".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev deyib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hazırkı gözləmə mövqeyi onunla bağlıdır ki, Qərb hərbi texnikası su və hava şəraitində döyüşməyə uyğunlaşdırılmayıb.
Bu, gələn aydan ukraynalıların hücumu intensivləşdirməyə çalışacaqlarını göstərir.
Bizim.Media