Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin xarici işlər naziri Eli Kohen arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, danışıq zamanı Çavuşoğlu Türkiyənin İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidinin müqəddəsliyinə təhqir və statusuna qarşı son təxribatlarını, İsrailin Qəzza və Livana hava hücumlarını pislədiyini vurğulayıb.
Türkiyəli nazir həmçinin İsrail təhlükəsizlik qüvvələrinin zorakılıq hərəkətlərinə heç bir bəhanə gətirilə bilməyəcəyini qeyd edərək, bu halların təkrarlanmaması və hava hücumlarının yenidən başlamamasının lazım olduğunu qeyd edib.
Bizim.Media