Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə NATO-nun mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bizim.Media xəbər verir ki, Çavuşoğlu bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
Nazir Blinkenlə Türkiyə-ABŞ münasibətlərini müzakirə etdiklərini bildirib. Türkiyə XİN başçısı Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədi ABŞ tərəfinə təqdim edib.
Qeyd edək ki, Çavuşoğlu bu gün İsveçdən olan həmkarı Tobias Bilström ilə də görüşüb. Tərəflər İsveçin NATO-ya üzvlüyünü müzakirə ediblər. O, həmkarının diqqətinə çatdırıb ki, terrorla mübarizədə məqsədyönlü əməkdaşlıq şərtdir.
Bizim.Media