Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Karaman vilayətində avtomobil 20 metr yükəsklikdən dərəyə aşıb.
Daş karxanasının işçilərinin olduğu avtomobilin aşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib.
Bizim.Media