ABŞ Prezidenti Donald Tramp yenidən prezident seçilərsə, ölkənin milli təhlükəsizlik sferasında bir neçə yüksək vəzifəli məmuru istefaya göndərəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Federal Təhqiqat Bürosunun direktoru Kristofer Reyi, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspeli və Müdafiə naziri Mark Esperini vəzifəsindən azad etmək istəyir.
Panlaşdırılan əvəzetmə siyahısı daha uzundur, ancaq işdən çıxarılma əsas bu üç namizəd üçün prioritetdir.
Eyni zamanda, bildirilib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Haspel seçkiləri kimin qazandığından asılı olmayaraq, özü də istefaya getməyi düşünür.
Bizim.Media