Kəşfiyyat mənbələrindən əldə edilən məlumata görə, PKK terrorçularından ibarət qruplar Dağlıq Qarabağın Şuşa şəhərinə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Anadolu Agentliyi məlumat yayıb. Xəbərə görə, ermənilər PKK terrorçularına Azərbaycan hərbi formasını geyindirməklə, Ordumuz içərisində çaşqınlıq yaratmaq istəyiblər. Həmin terrorçular öldürüldükdə isə onların Azərbaycan ordusuna Suriyadan gətirilən muzdlu olduqlarını iddia etmək məqsədi güdüblər.
Qeyd edilir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Ermənistanın Dağlıq Qarabağdakı cəbhə xəttində PKK terrorçularından istifadə etdiyini bildirib. Azərbaycan Ordusunun torpaqlarını xilas etmək üçün başlağıdı əks-hücum əməliyyatında əsir düşən erməni əsgəri Albert Mikaelyan da PKK terrorçularının Dağlıq Qarabağdakı erməni sıralarında 600 dollar maaş qarşılığında döyüşdüklərini söyləyib.
Bizim.Media