İranın təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz - RƏSMİ BAKI

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verib.

Bizim.Media xəbər verir ki, Ayxan Hacızadə bildirib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə səfəri çərçivəsində mətbuat brifinqinə istinadən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 31 mart tarixində açıqladığı iddialarla əlaqədar mətbuat katibinə tövsiyə edirik ki, nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın.

Məlum olduğu kimi, xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk.

Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib.

Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar.

Bu gün, İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur.
Qeyd edilənlərlə əlaqədar, mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır.

İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi.

Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Polkovnik vəfat etdi - FOTO

Polkovnik vəfat etdi - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

CENTCOM İran ətrafındakı əməliyyat uçuşlarından görüntülər yaydı - VİDEO

CENTCOM İran ətrafındakı əməliyyat uçuşlarından görüntülər yaydı - VİDEO

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO

Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO

İlham Əliyev: “Kimsə Azərbaycana xor gözlə baxsa, yenə yumruq yerində olacaq!” - VİDEOÇARX

İlham Əliyev: “Kimsə Azərbaycana xor gözlə baxsa, yenə yumruq yerində olacaq!” - VİDEOÇARX

Bakıda küçələr YUYULDU - FOTO

Bakıda küçələr YUYULDU - FOTO

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

Prezident Quzeyxırman kəndində sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

Prezident Quzeyxırman kəndində sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Türkiyədə çağırışa gedən polis güllələndi

Türkiyədə çağırışa gedən polis güllələndi

AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Günay Novruzqızına VƏZİFƏ VERİLDİ

Günay Novruzqızına VƏZİFƏ VERİLDİ

F-16 eniş zamanı alovlandı – VİDEO

F-16 eniş zamanı alovlandı – VİDEO

Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO