Müdafiə Nazirliyi İrana CAVAB VERDİ: Cəfəngiyyatdır 

Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir. 

"İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir. 

K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir. 
K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır. 

Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır. 

44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Polkovnik vəfat etdi - FOTO

Polkovnik vəfat etdi - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

CENTCOM İran ətrafındakı əməliyyat uçuşlarından görüntülər yaydı - VİDEO

CENTCOM İran ətrafındakı əməliyyat uçuşlarından görüntülər yaydı - VİDEO

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO

Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO

İlham Əliyev: “Kimsə Azərbaycana xor gözlə baxsa, yenə yumruq yerində olacaq!” - VİDEOÇARX

İlham Əliyev: “Kimsə Azərbaycana xor gözlə baxsa, yenə yumruq yerində olacaq!” - VİDEOÇARX

Bakıda küçələr YUYULDU - FOTO

Bakıda küçələr YUYULDU - FOTO

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

Prezident Quzeyxırman kəndində sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

Prezident Quzeyxırman kəndində sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Türkiyədə çağırışa gedən polis güllələndi

Türkiyədə çağırışa gedən polis güllələndi

AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Günay Novruzqızına VƏZİFƏ VERİLDİ

Günay Novruzqızına VƏZİFƏ VERİLDİ

F-16 eniş zamanı alovlandı – VİDEO

F-16 eniş zamanı alovlandı – VİDEO

Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO