Paytaxtın Həsən bəy Zərdabi küçəsində metronun “20 Yanvar” stansiyası yaxınlığında yanğın baş verdiyindən hadisə yerinə yanğınsöndürmə avtomobilləri cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, hadisə baş verən ərazidə, H.Zərdabi küçəsinin hər iki istiqamətində sıxlıq müşahidə olunur.
Sıxlıq səbəbindən bu istiqamətdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.
Bizim.Media