Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ildən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar "Sovetski" məhəlləsində yaşayan əhalinin köçürülməsinə və köhnə evlərin sökülməsindən sonra bu ərazidə Bakının Mərzi parkı kimi tanınan istrahət güşəsi salınıb.
Sözgedən park Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Rüstəmov və Mirzəağa Əliyev küçələrini əhatə edir. Parkın birinci hissəsi 22 may 2019-cu il tarixində ictimaiyyətin istifadəsinə verilib.
Bizim.Media xəbər verir ki, hazırda Mərkəzi Parkın artıq ikinci hissəsinin salınmasına başlanılıb.
Parkın yeni hissəsi Mirzəağa Əliyev və Bəşir Səfəroğlu küçələrinin arasında yerləşir.
Burada insanların hərəkəti üçün xüsusi zolaqlar salınıb, vətəndaşların qalxıb-enməsi üçün pilləkənlər quraşdırılıb və ərazidə bir neçə ağac əkilib.
Parkın bu hissəsinin meşə tipli olacağı bildirilir. (Trend)
Bizim.Media