Aparıcı Çiçək: “ABŞ-da imtahan verən oğlum ağladı ki, heç nə bilmirəm” - VİDEO

“Oğluma görə çox darıxıram. ABŞ-a onun yanına tez-tez gedirəm. Bu ay o qədər təyyarə bileti almışam ki, artıq gələn ayın “avansı”nı yavaş-yavaş ödəməyi bitirirəm. İşdən söylədilər ki, dörd gün istirahət edə bilərsən. Düşündüm yenidən oğlumun yanına gedim, sonra biletin pulu yadıma düşdü. Özümə dedim ki, getmə”. 

Bizim.Media xəbər verir ki,  “Çiçək” ləqəbi ilə məşhurlaşan teleradio aparıcısı Şəhla Vakkas qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

ABŞ-da oxuyan oğlundan söz açan teleradio ulduzu onun təhsilindən danışıb: 

“Oğlum iyunda səkkizinci sinifi bitirir. Qalan təhsilinin dörd ilini də ABŞ-da yekunlaşdıracaq. Amma verəcəyi imtahanlardan çox şey asılıdır. ABŞ-da imtahan verdi, sonra başladı ağlamağa. Hərçənd oğlum ingilis dilini səlist bilir və bu dildə təhsil alır... Dedi ki, yerlə göy qədər fərq var. Yəni ingilis dilini mükəmməl bilən uşağım gedib ABŞ-da imtahan verəndə, sən demə, heç nə bilmirmiş.

Söylədi ki, heç zaman düşünməzdim ki, belə bir suallarla – sinonim-antonimlərlə və bu tərz sözlərlə qarşılaşım. Ona görə buradan valideynlərə demək istəyirəm ki, əgər övladınızın istəyi xaricdə məktəb oxumaqdırsa, mütləq o üzrə övladlarınızı yönəldin. Çünki çox fərq var. Elə bil ki, hər şeyi biz sıfırdan başlayırıq. Çox fərq var”. 

Çiçək bildirib ki, oğlunu oxumağa məcbur edib:  

“Oğluma deyirəm ki, görsəydim ki, səndə baş yoxdur, hansısa sənəti öyrənməyə yönəldərdim. Gedərdin avtomobil ustası olardın və sairə. Nəyə istedadın varsa, o üzrə də sənət seçərdin. Amma baxıb görürəm ki, oğlumda riyaziyyat başı var. Ona görə mən oğlumu silkəyə-silkəyə oxutmuşam. Hamı mənə söyləyirdi ki, özünə yazığın gəlsin.

Övladım ağlayırdı, mən ağlayırdım... Amma düşünürəm ki, istədiyimə nail oldum. Çox şükür! Valideynlərə buradan səslənirəm ki, qızlar özləri oxuyur. Amma oğlan övladlarından vaz keçməyin. Tutun, onları silkələyin. Bu çox vacibdir”. 
 





Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bayrağımızın mənasını bilmirlər" -Müğənniləri tənqid etdi

"Bayrağımızın mənasını bilmirlər" -Müğənniləri tənqid etdi

Tramp: “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” – VİDEO

Tramp: “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” – VİDEO

DİQQƏT! Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

DİQQƏT! Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Andrade də “Qarabağ”ı TƏRK ETDİ

Andrade də “Qarabağ”ı TƏRK ETDİ

İyun ayının pensiyaları ilə bağlı ŞAD XƏBƏR

İyun ayının pensiyaları ilə bağlı ŞAD XƏBƏR

Niyə Cümə günündə saç yumaq olmaz?

Niyə Cümə günündə saç yumaq olmaz?

Həmkəndlisini namus üstündə öldürdü... – Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Həmkəndlisini namus üstündə öldürdü... – Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Zabratda qəribə yol qəzası- VİDEO

Zabratda qəribə yol qəzası- VİDEO

Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini ENDİRDİ

Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini ENDİRDİ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edildi

Bakıda daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edildi

Üç yaşlı uşağı timsah qəfəsinə atan kişi AZADLIĞA BURAXILDI

Üç yaşlı uşağı timsah qəfəsinə atan kişi AZADLIĞA BURAXILDI

Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir

Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir

Tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

Tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

Kıvançdan 7 yaşlı Zayna: “Mənə yazığın gəlsin”– VİDEO

Kıvançdan 7 yaşlı Zayna: “Mənə yazığın gəlsin”– VİDEO

Kamçatka yaxınlığında 6,9 bal gücündə 16 ZƏLZƏLƏ baş verib

Kamçatka yaxınlığında 6,9 bal gücündə 16 ZƏLZƏLƏ baş verib

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar – SİYAHI

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar – SİYAHI

Şagirdlərimiz beynəlxalq olimpiadada medal qazandı - 3 gümüş, 3 bürünc – FOTO

Şagirdlərimiz beynəlxalq olimpiadada medal qazandı - 3 gümüş, 3 bürünc – FOTO

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəqədər təhsildə YENİ MODEL tətbiq ediləcək

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəqədər təhsildə YENİ MODEL tətbiq ediləcək

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Bu qidalar asılılıq yaradır

Bu qidalar asılılıq yaradır

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

End of content

No more pages to load

RADİO