Güləş yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Martın 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək.

Bizim.Media xəbər verir ki, 2023-cü ilin ilk qitə birinciliyində ölkəmiz hər 3 güləş növündə təmsil olunacaq.

Bu gün Azərbaycan Güləş Federasiyasının rəhbər şəxslərinin iştirakı ilə Olimpiya Güləş Mərkəzində milli komandaların AÇ üçün heyəti açıqlanıb və bütün komanda üzvlərinə uğurlar arzulanıb. Yunan-Roma güləşçilərimiz məsul yarışın ilk günlərində mübarizə aparacaq.
Məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Rahim Həsənov (55 kq), Elmir Əliyev (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaq.

Yarışın ortalarında qadın güləşçilərimiz mübarizəyə qoşulacaq.

Baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarov ötən il analoji yarışa qatılmış heyətə yenidən şans verib.

Bu dəfə də U-23 Avropa çempionatında ölkəmizi Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək. Çempionatın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaq.

Məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ayxan Abdullazadə (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) mübarizə aparacaq.
Qeyd edək ki, 1 həftə davam edəcək qitə birinciliyində I kateqoriyalı hakimlərimiz Natiq Hacıyev və Elman İsmayılov ədaləti qoruyacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Bakıda sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

Bakıda sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

BARAT YUSUBOV vəzifəsindən azad ediləndən sonra MÜAVİNİ də ərizəsini yazdı

BARAT YUSUBOV vəzifəsindən azad ediləndən sonra MÜAVİNİ də ərizəsini yazdı

Şəhid Azər Mühübəli oğlu Burziyevin anım günüdür - FOTO

Şəhid Azər Mühübəli oğlu Burziyevin anım günüdür - FOTO

İran Trampın hədəfdə olduğu VİDEO yaydı

İran Trampın hədəfdə olduğu VİDEO yaydı

Hərbi xidmətdən yayınmaya görə CƏZALARA yenidən baxılacaq

Hərbi xidmətdən yayınmaya görə CƏZALARA yenidən baxılacaq

Xəzər dənizinə NAMƏLUM OBYEKT düşdü

Xəzər dənizinə NAMƏLUM OBYEKT düşdü

Bakıda hərbi hüquqşünaslarının işgüzar görüşü keçirildi - FOTO

Bakıda hərbi hüquqşünaslarının işgüzar görüşü keçirildi - FOTO

Mehriban Xanlarova: “Altı-yeddi aydır işsizəm, dostlarım məni darda qoymur” - EKSKLÜZİV

Mehriban Xanlarova: “Altı-yeddi aydır işsizəm, dostlarım məni darda qoymur” - EKSKLÜZİV

Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı – HƏBS edilən var

Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı – HƏBS edilən var

Türkiyənin Ağrı vilayətində zəlzələ oldu - FOTO

Türkiyənin Ağrı vilayətində zəlzələ oldu - FOTO

Səkinə Sadıxova da İŞDƏN ÇIXARILDI

Səkinə Sadıxova da İŞDƏN ÇIXARILDI

Tatlıses vəsiyyətini AÇIQLADI: “Bütün sərvətimi dövlətə bağışladım” - VİDEO

Tatlıses vəsiyyətini AÇIQLADI: “Bütün sərvətimi dövlətə bağışladım” - VİDEO

Kürdə suyun səviyyəsi ARTIR: Aidiyyatı qurumlardan AÇIQLAMA - FOTO

Kürdə suyun səviyyəsi ARTIR: Aidiyyatı qurumlardan AÇIQLAMA - FOTO

"YAŞAT" Fondu şəhid Hikmət Həsənovun ailəsinə dəstək göstərdi

"YAŞAT" Fondu şəhid Hikmət Həsənovun ailəsinə dəstək göstərdi

Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI

Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI

Cinayətin izini itirmək üçün gör, meyiti harda gizlətdilər - BİRGƏ MƏLUMAT

Cinayətin izini itirmək üçün gör, meyiti harda gizlətdilər - BİRGƏ MƏLUMAT

Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı

Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı

Azərbaycan XİN-dən ELAN: Bu imkandan yararlanın! - FOTO

Azərbaycan XİN-dən ELAN: Bu imkandan yararlanın! - FOTO

Evlilik xəbəri yayıb, izləyicilərini aldadan Hüseyn “gəlin”in kimliyini AÇIQLADI - VİDEO

Evlilik xəbəri yayıb, izləyicilərini aldadan Hüseyn “gəlin”in kimliyini AÇIQLADI - VİDEO

Latviya prezidentindən Azərbaycanla Aİ arasında vizasız rejimə REAKSİYA

Latviya prezidentindən Azərbaycanla Aİ arasında vizasız rejimə REAKSİYA

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə DƏVƏT ETDİ

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə DƏVƏT ETDİ

End of content

No more pages to load

RADİO