Türkiyənin Ağrı vilayətində Patnos rayonunda 4.3 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.
Qeyd edilib ki, 13,43 km dərinlikdə qeydə alınan zəlzələnin Bakı vaxtı ilə 18:17-də baş verdiyi bildirilib.
İndiyə qədər hər hansı bir mənfi inkişaf barədə heç bir məlumat paylaşılmayıb, - qurumun məlumatında qeyd olunub.

Bizim.Media