Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyunu üçün biletlər tükənib.
Bizim.Media-nın məlumatına görə, Bakı klubunun mətbuat xidmətindən bildirilib ki, Masazırdakı “Bank Respublika Arena”da oynanılacaq matç üçün satışa çıxarılmış biletlərin hamısı alınıb.
Qarşılaşma saat 20:00-da başlayacaq. Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, “Sabah” – “Qarabağ” cütünün qalibi finalda “Zirə”nin rəqibi olacaq. “Qartallar” ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi “Turan Tovuz”la cavab matçında qolsuz heç-heçə edərək finala vəsiqə qazanıb.
Bizim.Media