Tokio Universitetinin alimləri yaşlanmanı ləngitməyin yolunu tapıblar.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, yaşlanma prosesi bədəndə bölünmə qabiliyyətini itirərək yığılıb iltihab və qocalmaya səbəb olan hüceyrələr səbəbindən baş verir.
Yapon alimləri GLS1 fermentini yox etməklə “qocalma hüceyrələrini” məhv edən mexanizm hazırlayıblar. Mütəxəssislər tədqiqatlarını siçanlar üzərində uğurla sınaqdan keçiriblər.
Artıq klinik sınaqların ilk mərhələsindən keçən dərmanın istifadəsi təklif olunur.
Yaponiyada hesab edirlər ki, dərman təsdiqlənərsə, 5-10 il ərzində yalnız təyinatı üzrə deyil, həm də erkən yaşlanmanın müalicəsi olaraq istifadə edilə bilinəcək.
Bizim.Media