Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya və İsveçəl NATO-ya üzvlüklə bağlı danışıqların tarixini açıqlayıb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu dövlətlərin nümayəndələri martın 9-da NATO-nun mənzil-qərargahında görüşəcəklər.
“İki iclas keçirildi, üçüncü görüşü isə Quranın yandırılması aksiyasından sonra təxirə saldıq. Üçüncü görüşün Brüsseldə keçirilməsi yaxşı olardı.
Görüş martın 9-da keçiriləcək, qoy İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini açıq şəkildə görsünlər”, - deyə Çavuşoğlu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bəyan edib.
Bizim.Media