Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Kahramanmaraşda yaradılan Səyyar Səhra Xəstəxanasında Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinin hərbi həkimləri zəlzələdən zərər çəkənlərə sağlamlıq xidməti göstərirlər.
Bizim.Media xəbər bu barədə "TRT Haber"də dərc edilən məqalədə qeyd edilib.
Bildirilib ki, 19 konteyner və 21 çadırdan ibarət səyyar səhra xəstəxanasında Azərbaycandan 12-si hərbi həkim, 8-i tibb bacısı olmaqla 20 nəfər Türkiyə Silahlı Qüvvələrinin səhiyyə işçiləri ilə birgə çalışır.
Xəstəxanada 2 minə yaxın xəstə müayinə olunub, 85 cərrahi müdaxilə edilib.
Bizim.Media