Nigeriyanın qərbindəki Niger ştatında yerləşən Kaqara şəhərindəki dövlət elmi kolleci ötən gecə silahlı dəstənin hücumuna məruz qalıb.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, əynində kollecin forması olan şəxslər təhsil müəssisəsinin yataqxanasına soxularaq mühafizəçilərə qarşı güc tətbiq ediblər, sonra da tələbələri qaçırdıblar.
Şahidlərə görə, hadisə yerinə 33 motosikletlə gələn yaraqlılar 43 nəfəri, o cümlədən 28 şagirdi, üç əməkdaşı və ailə üzvlərini özləri ilə aparıblar.
Hadisə zamanı şagirdlərdən biri öldürülub, bir neçəsi də yaralanıb.
Bizim.Media