Rusiyanın "Çestnıy znak" sistemi Rospotrebnadzorun tapşırığı ilə Ermənistandan idxal edilən 70 mindən çox içki şüşəsinin dövriyyəsini bloklayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Perspektiv Texnologiyaların İnkişafı Mərkəzi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlərin tətbiqinə məhsulların müəyyən edilmiş tələblərə cavab verməməsi səbəb olub.
Qeyd edilib ki, qadağa, xüsusilə, "BJNI" markalı mineral müalicəvi-süfrə suyunun bəzi partiyalarına şamil edilib.
Bizim.Media