Fevralın 19-da saat 19:40 radələrində Xnatsax kəndi yaxınlığında qar uçqunu nəticəsində Müdafiə Nazirliyinin “UAZ” markalı avtomobili dərəyə yuvarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Mənbə yazır ki, qəza nəticəsində müqaviləli hərbçilər Zorand Qranti Arzumanyan və Zorak Samveli Yeranosyan həlak olublar.
İki hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri ilə qarnizon hospitalına çatdırılıb. Yaralı əsgərlərin vəziyyəti qənaətbəxş qiymətləndirilir, həyati təhlükələri yoxdur.
Beləliklə, fevralın 19-da Ermənistan Silahlı Qüvvələrində daha bir olüm olub. Qeyri-müəyyən şəraitdə güllə yarası sıravi əsgər dünyasını dəyişib.
Bizim.Media