2016-2018-ci illərdə Ermənistanda müdafiə naziri vəzifəsində çalışan Viqen Sarkisyan barəsində axtarış elan edilib.
Bizim.Media xəbər verir ki, informasiyanı Respublika Baş Prokurorluğu yayıb.
Mənbə yazır ki, Viqen Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Bundan əvvəl İrəvanın ümumi yurisdiksiya məhkəməsi sabiq nazirin həbsi ilə bağlı vəsatəti təmin edib.
Bizim.Media