Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan dörd azərbaycanlı tələbədən biri - Şahin Verdiyevin anası Esmira Hüseynova “Bizimləsən” verilişində qonaq olub.
Bizim.Media xəbər verir ki, veriliş zamanı Esmira Hüseynova bildirib ki, kiçik qızı – 3-cü sinif şagirdi 44 günlük Vətən müharibəsi zamanı Gəncənin raket zərbələrinə məruz qaldığı dönəmdə xəsarət alıb.
Ana qeyd edib ki, kiçik qızcığaz dağıntıların altından möcüzə nəticəsində xilas edilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə güclü zəlzələ baş verib. Dağıntılar altında qalan azərbaycanlı tələbələr - S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.
Bizim.Media