Türkiyədəki zəlzələ ilə bağlı YENİ və ŞOK DETALLAR 

Türkiyədə baş verən zəlzələ fəlakətinin gücündən çox dağıdıcılığı müzakirə mövzusudur. Çünki oxşar maqnitudalı bəzi zəlzələlər olub ki, belə böyük əraziyə və əhaliyə təsir etməyib.

Bizim.Media xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Türkiyənin 10 şəhərində böyük dağıntılara səbəb olan, təxminən 15 milyon insanın təsirə məruz qaldığı və 8 ölkədə hiss edilən zəlzələnin niyə bu qədər dağıdıcı olduğunu araşdırıb.

Amerikanın “Washington Post” qəzetində dərc edilən məqaləyə görə, zəlzələ zamanı seysmik aktivlik və ayrılan enerji zəlzələlərin dağıdıcılığında infrastruktur problemləri qədər təsirlidir.

Qəzet yazıb ki, bu cür təbii fəlakətləri ölümcül edən hadisə zamanı buraxılan enerjidir.

Zəlzələlərin intensivliyi loqarifmik olaraq ölçülür və hər dərəcə arasında 10 vahid fərq var. Məsələn, 7,0 bal gücündə zəlzələ 6,0 bal gücündə zəlzələdən 10 dəfə, 5,0 bal gücündə isə zəlzələdən isə 100 dəfə güclü hesab olunur. Zəlzələ zamanı buraxılan enerjilər hər vahiddə 32 dəfə güclənir.

USGS-nin geofiziki Dara Qoldberq deyir: "4.0 və 4.1 bal gücündə zəlzələ ilə 7.7 və 7.8 bal gücündə zəlzələlər arasında buraxılan enerji eyni deyil".

Kahramanmaraş mərkəzli zəlzələ fəlakəti son bir ildə dünyada baş vermiş zəlzələlər nəticəsində buraxılan ümumi enerjinin yüzdə 26-sına bərabərdir. Başqa sözlə, təkcə Türkiyədə baş vermiş zəlzələlər bir ildə buraxılan yeraltı enerjinin dörddə birinin bir gündə buraxılması deməkdir. Bu da zəlzələni kifayət qədər dağıdıcı edir. Həmçinin Türkiyədə baş vermiş iki zəlzələnin buraxdığı enerji son 3 ayda dünyada qeydə alınan bütün zəlzələlərdən ayrılan enerjilərin cəmindən çoxdur.

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin gücünü belə izah etmək olar:

- Zəlzələ zamanı ayrılan enerji alimlər tərəfindən “joul” (jul) ilə hesablanır. Beynəlxalq Vahidlər Sistemində enerji iş və ya istilik miqdarından əldə edilən ölçü vahidi kimi müəyyən edilir. Zəlzələnin şiddətindən başqa, ayrılan enerjini (iş-istiliyi) ölçmək üçün də istifadə olunur.

- USGS-nin ölçmələrinə görə, Kahramanmaraşda 7,8 bal gücündə zəlzələ 30 petajul olaraq ölçülüb. Müqayisə üçün bildirək ki, 2010-cu ildə 300.000-dən çox adamın ölümünə səbəb olan 7.0 bal gücündə Haiti zəlzələsinin buraxdığı enerji cəmi 2.1 petajul olaraq ölçülmüşdü. Yəni Türkiyədəki 7,8 bal gücündə zəlzələ buraxılan enerji baxımından Haitidəki zəlzələnin təxminən 15 qatına bərabərdir.

- 30 petajul enerji bir il ərzində 774 min evin enerji ehtiyacını ödəyə bilər.

- 5 mindən çox Boeing 747-100B tipli təyyarənin çənləri bu enerji ilə tam doldurula bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

İsmail Bəqai Zelenskini anarxistlərə BƏNZƏTDİ

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Braziliyaya səfər edən Argentina prezidenti məhkəməyə verildi

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

Britaniyanın Baş naziri Ukraynaya qoşun göndərəcəyinə SÖZ VERDİ

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

Tünzalənin festival libası 5 aya hazırlanıb – VİDEO

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

İran və Oman Hörmüz boğazında yeni dəhliz AÇIR

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Ucuz qiymətə dincəlmək istəyirsinizsə, bu günləri seçin - Açıqlama

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Fransa ABŞ-nin artıq dünyada dinlənilmədiyini BƏYAN ETDİ

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Ermənistan gülünün Belarus vasitəsilə Rusiyaya gətirilməsinin qarşısı alındı

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bu bölgədə ev quşları kütləvi şəkildə tələf olur - FOTO

Bakının 3 rayonunda işıq kəsiləcək

Bakının 3 rayonunda işıq kəsiləcək

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Mədəniyyət naziri Yazıçılar Birliyinin sədri Anarla görüşdü - FOTO

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Paşinyan Putinə zəng edərək ondan nə XAHİŞ ETDİ?

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Bu xəstəxanada cərrah yoxdur? - TƏBİB-dən açıqlama

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Kamran Zeynalov Dünya Kubokunun qalibi oldu

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Daşkəsəndə "Niva" aşdı: İki nəfər xəstəxanalıq oldu

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Adil Kərimli Pakistanın yeni səfiri ilə görüşdü - FOTO

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Tramp Türkiyəyə qırıcı satmaq barədə heç kimin ona göstəriş verə bilməyəcəyini BƏYAN ETDİ

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

Sevil Əliyevanın "Ana" əsəri Stas Pyexanın ifasında – VİDEO

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

İran Ukraynanı peşman edəcək cavabla HƏDƏLƏDİ

End of content

No more pages to load

RADİO