Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Albaniyada bazar ertəsi (13 fevral) ölkə daxilində milli matəm elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Albaniyanın Baş naziri Edi Rama sosial media hesabında yayımladığı mesajda məlumat verib.
"Albaniya hökuməti fevralın 13-ü bazar ertəsi Türkiyə-Suriya sərhədində baş vermiş güclü zəlzələ qurbanlarının xatirəsi üçün milli matəm günü elan edilməsinə qərar verib.
Biz bir müddət əvvəl analoji fəlakət Albaniyada baş verdiyi zaman yanımızda olan dostumuz Türkiyə ilə həmrəyik. Bazar ertəsi bayraqlar yarıya qədər endiriləcək”,-deyə məlumatda vurğulanıb. Rama həmçinin bazar ertəsi hökumət qurumlarında bayraqların yarıya endiriləcəyini açıqlayıb.
Aygün İbrahimli, Bizim.Media