Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə xəsarət almış, lakin şəxsiyyəti müəyyənləşdirilə bilinməyən şəxslər üçün xüsusi proqramdan istifadə olunur.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahreddin Koca məlumat verib.
“Şəxsiyyətini bilmədiyimiz xəstələrin rəqəmsal fotoşəkillərini uyğunlaşdırmaq üçün xüsusi proqrama yükləyirik. Ümid edirəm ki, bunla şəxsiyyətlərini müəyyənləşdirə biləcəyik”, - deyə nazir qeyd edib.
Bizim.Media