TÜRKSOY-un azərbaycanlı nümayəndəsinin iştirakı ilə 3 nəfər dağıntılar altından XİLAS EDİLDİ 

“TÜRKSOY nümayəndəsi olaraq Qazaxıstandan göndərilən xilasetmə qrupuna tərcüməçi kimi dəstək verdiyim müddətdə dağıntılar altından ata və iki oğlu olmaqla, 3 nəfəri xilas etmək mümkün oldu”. 

Bizim.Media xəbər verir ki, bunu Report-a Türk dünyası Beynəlxalq Mədəniyyət Təşkilatının (TÜRKSOY) mətbuat şöbəsinin azərbaycanlı əməkdaşı Vüqar Novruzoğlu bildirib. 

Vüqar Novruzoğlu deyib ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək vermək üçün TÜRKSOY olaraq mütəşəkkil qaydada fəaliyyətə başlayıblar: 

“Hadisənin ikinci günündə biz 13 nəfərlik heyətlə zəlzələdən zərərçəkənlər üçün ən zəruri ehtiyaclar ola bilən əşyalar, qida və geyimlə dolu iki avtomobillə bölgələrə getdik. İlk getdiyimiz yerlərdən biri də Qaziantepin Beykent kompleksi idi. Biz orada TÜRKSOY olaraq zəlzələdən zərəçəkənlər üçün çadırlar qururduq. Bilirsiniz ki, başda Azərbaycan olmaqla dünyanın müxtəlif ölkələrindən olan xilasetmə qrupları Türkiyədədir. Azərbaycandan olan xilasedicilərlə Türkiyə əhalisi arasında tərcüməyə ehtiyac yoxdur. 

Amma türk dünyasından - Qazaxıstan, Qırğızstan və digər ölkələrdən gələn heyətlər üçün tərcüməçiyə ehtiyac olur. Orada məlum oldu ki, Qzaxıstandan gələn xilasetmə qrupu çalışır və tərcüməçiyə ehtiyac var. O səbəbdən də onlara tərcüməçi olaraq mən təhkim edildim. Qrupda 16-17 nəfər qazaxıstanlı xilasedicilər vardı.
Tam 19 saat səhərə qədər dayanmadan onlarla bərabər çalışdıq. Zəlzələ baş verdiyi andan tam 77 saat sonra ata və iki oğlunu xilas etmənin sevincini yaşadıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranı o idarə edir, Xamenei isə… – KİV

İranı o idarə edir, Xamenei isə… – KİV

Yağışa görə bu yolda sürət həddi endirildi

Yağışa görə bu yolda sürət həddi endirildi

Santexniklərin gizlətdiyi asan təmizlik metodu

Santexniklərin gizlətdiyi asan təmizlik metodu

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

Məşhur ticarət mərkəzi BAĞLANIR? – VİDEO

Tramp Britaniya Kralı ilə qohum imiş...

Tramp Britaniya Kralı ilə qohum imiş...

Çempionlar Liqası: “PSJ”-“Bavariya” oyununda qapılara 9 qol vuruldu - VİDEO

Çempionlar Liqası: “PSJ”-“Bavariya” oyununda qapılara 9 qol vuruldu - VİDEO

Trampa "qızıl heykəl" qoyuldu

Trampa "qızıl heykəl" qoyuldu

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Tovuzda avtomobil tikiliyə çırpıldı: 3 nəfər xəsarət aldı

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - FOTO

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

Qaxda şəhid anası vəfat etdi - FOTO

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Hər şeyini itirmək riski olan BÜRCLƏR

Colinin gözünə nə olub? - FOTO

Colinin gözünə nə olub? - FOTO

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

"Google" və Pentaqon arasında GİZLİ RAZILAŞMA əldə edildi

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

ABŞ İrana yardım edən 17 ŞƏXSƏ sanksiya tətbiq etdi

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Əməkdar artist keçmişini xatırladı: “Günlərlə məktəbə ac gedirdim”

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - VİDEO

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

Sumqayıtdakı bu xəstəxana boşaldılır - FOTOLAR

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

Bakıda binada yanğın olub, 87 yaşlı qadının meyiti aşkarlanıb - VİDEO

End of content

No more pages to load

RADİO