İmmun sistemi zəif olanların DİQQƏTİNƏ - Həkimdən XƏBƏRDARLIQ

"İmmun sistemini zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var. İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, immun sistemin zəifləməsinin bir çox göstəricisi olsa da, ən mühüm göstəricisi tez-tez təkrarlayan infeksiyalardır:

"İmmun sistemin zəifləməsi ilə halsızlıq, yorğunluq hissi, bədənin müxtəlif yerlərində ağrılar, təkrarlayan infeksiyalar, depressiya, saç tökülməsi, diqqət pozğunluğu kimi hallar müşahidə edilə bilər. İmmun sistemin zəifləməsi nəticəsində orqanizm xarici və daxili mühit amillərinə qarşı həssas olur və xəstəliklərə qarşı mübarizə qabiliyyətini itirir".
Terapevt bildirib ki, az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir:

"A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və sink immun sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan hər hansı birinin olmaması bədənimizi xarici amillərə qarşı həssas edir. Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik və digər dərmanların istifadəsi immun sistemimizin zəifləməsində rol oynayan əsas səbəblərdəndir".

Mütəxəssis hansı təbii vasitələrlə immuniteti gücləndirməyin mümkünlüyündən də danışıb:

"Daha güclü immun sisteminə sahib olmaq üçün bədən çəkisini nəzarətdə saxlamaq, yəni artıq çəki qazanmamaq, eyni zamanda sürətli bir şəkildə arıqlamaqdan çəkinmək lazımdır. Bədənimizin mayeyə olan ehtiyacı qədər su içmək mütləqdir.

Əgər ürək-damar sisteminizdə və böyrəklərdə hər hansısa bir probleminiz varsa, içəcəyiniz mayenin miqdarını öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. “Fast food”dan uzaq durun, çünki bu qidaların kaloriyası yüksək olmasına baxmayaraq immun sistemə çox da müsbət təsir göstərmir".

"Keyfiyyətli və balanslaşdırılmış qidalanın. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsullardan biri çoxlu meyvə-tərəvəz yemək və mövsümə uyğun təbii şirələr qəbul etməkdir. Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək vacibdir.

Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün vacibdir. Pis vərdişlərdən (tütünçəkmə və spirtli içkilərdən istifadə), əsəb və stressdən maksimum uzaq durmaq lazımdır. Bundan əlavə, vitamin D immun sisteminin stimullaşdırılmasında vacib rol oynayır.

Vitamin D hüceyrə mikromühitində metabolik stresi azaldaraq orqanizmin təbii immunitetini dəstəkləyən bir vitamindir. Bədənin D vitamini sintezinə olan ehtiyacının 90%-i dəri tərəfindən günəş işığı ilə qarşılanır.
Günəş işığından başqa ayran, pendir, qatıq, bitki yağı, balıq və balıq məhsulları, qaraciyər, yumurta sarısı, göbələk D vitamininin ən əhəmiyyətli mənbələrindəndir. Həmçinin D vitamini xəstəliklərə səbəb olan virus və bakteriyalarla mübarizə aparır" - Z.Quliyev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Abituriyentlərə ŞAD XƏBƏR - Bu qruplara ballar enəcək

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Valideynə baxmayan ÖVLADLAR məhkəməyə verilə bilər

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

İran Livana hücumlarına görə İsveçrəyə səfərini DAYANDIRDI

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Makrondan ABŞ-İsrail-İran müharibəsinin həllinə REAKASİYA: "Bitdiyinə inanmıram!"

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Astara yolunda dəhşətli QƏZA: Avtomobil dərəyə aşdı

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Lənkəranda fərdi evdə yanğın: Dam örtüyü və əşyalar yararsız hala düşdü

Cavan Zeynallının səhhətində problem yarandı

Cavan Zeynallının səhhətində problem yarandı

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Bu 3 BÜRC üçün şanslı dövr başlayır

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Azərbaycanda 5 min manat maaş alan işçilər KİMLƏRDİR? — FOTO

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

İlham Əliyev: "Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər"

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Tramp Yaxın Şərqlə bağlı mühüm BƏYANAT YAYDI

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Sabah bu ərazilərdə işıq olmayacaq — Siyahı və qrafik

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

Ronaldo Portuqaliya üçün maneə adlandırıldı

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

ABŞ-dən ETİRAF: Rusiyanın Avropanı vura biləcək minlərlə nüvə silahı var

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Moskvada PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Çexiya və CAR oyununun ƏN YAXŞISI seçildi

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

Bugünkü İslam İnkişaf Bankı Qrupunun illik toplantısından VİDEO

End of content

No more pages to load

RADİO