İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bizim.Media üçün AÇIQLAMASI

İcbari tibbi sığorta sistemi tətbiq edildikdən sonra əhali arasında yaranmış çaşqınlıq və bu sistemin hələ doğru-düzgün oturmamasından dolayı narazılıqlar tez-tez mətbuatın gündəmini zəbt edir. 

Bizim.Media olaraq biz də bu insanlarımızın şikayətinə uyğun olaraq sözügedən məsələyə xeyli yazı həsr etmişik. 

Heç şübhəsiz, bu sistemin tətbiqində yol verilən yanlışlıqlar və neqativ halları işıqlandırmaq mətbuatın da birbaşa vəzifəsidir. 

Mətbuat İcbari Tibbi Sığorta sisteminin vaxtında və keyfiyyətli tətbiqinin icrası üçün öz yardımını etməyə borcludur, çünki bu, dövlətimizin siyasətidir. 

Belə yazılarımızdan biri də 03 fevral 2023-cü il tarixdə hazırladığımız “İcbari Tibbi Sığorta sistemindəki HƏRC-MƏRCLİK – Kimdir haqlı, həkim, yoxsa xəstə?” başlıqlı yazımız olub.

Yazıya reaksiya olaraq 09.02.2023-cü il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən açıqlama yollanılıb. Həmin açıqlamada qaldırılan məsələlərə tam aydınlıq gətirilməsə də olduğu kimi dərc edirik. 

“Hörmətli media nümayəndələri,  

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 03 fevral 2023-cü il tarixində internet səhifənizdə yerləşdirilmiş “İcbari Tibbi Sığorta sistemindəki HƏRC-MƏRCLİK – Kimdir haqlı, həkim, yoxsa xəstə?” başlıqlı məqalə ilə bağlı rəsmi açıqlamanı diqqətinizə çatdırır.  

Məqalədə  həkimlərin əməkhaqlarının və bonuslarının aşağı olması qeyd olunur. Bununla bağlı qeyd etmək istərdik ki, tibb işçilərinə işin nəticələrinə görə (həkim tərəfindən aparılan müayinə və müalicə) verilən həvəsləndirici əlavələr icra edilən tibbi xidmətin tarifinə görə dəyişir. Bu icra edilən tibbi prosedurun mürəkkəbliyindən və tarifindən asılıdır. 

Məsələn nümunə ilə qeyd edək. Cərrahi ixtisaslar üzrə çalışan həkimin icra etdiyi ən ucuz əməliyyatın tarifi 10 manat, ən bahalı əməliyyatın tarifi isə 24 000 manatdır. Cərrahi ixtisas üzrə çalışan həkim göstərdiyi tibbi xidmətin tarifinin 15%-i həcmində işin nəticəsinə görə həvəsləndirici əlavə alır. Bu o deməkdir ki, cərrahi ixtisas üzrə çalışan həkimin tibbi xidmətin tarifinə uyğun olaraq aldığı həvəsləndirici əlavənin minimum məbləği 1 manat 50 qəpik, maksimum isə 3600 manatdır. 

Nəzərə alsaq ki, cərrah bir ay ərzində ortalama olaraq müxtəlif tarifli 20-25 əməliyyat edir, onda aylıq həvəsləndirici əlavənin (bonus) kifayət qədər yüksək məbləğ təşkil edəcəyini ehtimal etmək olar.  

Nümunə: Vahid Tarif Cədvəli üzrə aylıq maaş (415-528 manat arası dəyişir)+ 800 manat sabit həvəsləndirici əlavə+ işin nəticələrinə görə əlavə + işin nəticələrinə görə əlavəyə tibb müəssisəsinin qrup və kateqoriyalarına uyğun olaraq 1.2-1,5 intervalında əmsallar tətbiq edilir. 415+800+(1500x1.5)=3465. 

Bundan əlavə, ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 6-cı bəndində qeyd edilən əmək şəraitinə görə əlavələr (fasiləsiz əmək stajına, gecə vaxtı yerinə yetirilən işə, əmək şəraitinin xüsusiyyətlərinə görə və digər əlavələr) hesablana bilər. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır. 

Onkoloji xəstəliklərin Xidmətlər Zərfinə daxil edilməməsi ilə bağlı qeyd edək ki, “Onkoloji yardım haqqında” Qanuna əsasən, onkoloji xəstələrə tibbi yardım Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Məlumat üçün bildirək ki, bir sıra xoşxassəli törəmələrin müayinə və müalicəsi Xidmətlər Zərfinə daxildir. 

Məsələn, miomektomiya, prostatektomiya və s. Bununla belə, 2550 sayda tibbi xidməti əhatə edən Xidmətlər Zərfinə 700 tibbi xidmətin də əlavə olunması təklif olunub. Buraya  limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatla yanaşı, bəzi xoşxassəli şişlərin aradan götürülüməsi ilə bağlı əməliyyatların sayının artırılması da daxildir. Bundan başqa, hazırda limit sayı 300 olan endoprotezləşdirmə əməliyyatının sayının 1200-ə qədər artırılması təklifi irəli sürülüb. 

Tibb müəssisələrində yaranan növbələrlə bağlı bildirmək istərdik ki, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər növbəsiz şəkildə qəbul olunur. 

Buraya həm ambulans xidməti, həm də dövlət  tibb müəssisələrində fəaliyyət göstərən təcili tibbi yardım şöbələri daxildir. Bundan başqa, şəhid ailə üzvləri və qazilərə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində növbədənkənar xidmət göstərilir.   

Bildiyiniz kimi, vətəndaşlar birbaşa olaraq qeydiyyat və yaşadıqları yerdən asılı olmayaraq istənilən dövlət tibb müəssisələrində ixtisaslı həkimə müraciət edirlər. Yəni artıq yaşadıqları və qeydiyyatda olduqları yer üzrə poliklinikalarda fəaliyyət göstərən ailə həkimlərinə müraciət zərurəti aradan qaldırılmışdır. Bu səbəbdən planlı xidmət üçün tibb müəssisələrinə müraciət edənlərin sayı çoxalıb. 

Bu da hazırda bəzi tibb müəssisələrində müəyyən qədər növbələrin yaranmasına səbəb olur.

Hazırda növbələrin tənzimlənməsi məqsədilə “e-tabib” tətbiqi vasitəsilə randevu və onlayn qeydiyyat sisteminin tətbiqi istiqamətində işlər aparılır. Sistem aktivləşdirildikdən sonra tibb müəssisələrində növbələrin qarşısı alınmasının alınması planlaşdırılıb.  
 
Eyni zamanda qeyd edək ki, sığorta olunanlara tibbi xidmət gözləmə müddəti ərzində həyata keçirilir:  

İxtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;

İnstrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq; 

Koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.                              

Göndərişin verilməsi ilə bağlı qeyd edək ki, sənədin verilməsi ödənişsizdir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində vətəndaşdan göndəriş vərəqəsinin verilməsi ilə bağlı ödəniş tələb olunubsa, bu barədə həmin tibb müəssisəsində çalışan tibb işçisi barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. 

Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, TƏBİB-in [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya //its.gov.az/page/elektron-muraciet linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər.  

Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur. 

Nəzərinizə çatdırmaq istəyirik ki, “Media haqqında Azərbaycan Respublikasının  Qanunu”na əsasən hər bir media öz səhifəsində dərc olunan və yayımlanan informasiyaya dair tələblərə riayət etməlidir. Qanuna əsasən məqalə hazırlanarkən  faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

End of content

No more pages to load

RADİO