Hatay həbsxanasında məhkumlar qaçmağa cəhd ediblər: Ölən və yaralananlar var – FOTO

Türkiyədə Hatay həbsxanasında məhkumlar qaçmağa cəhd ediblər.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Cəza və İstintaq Təcridxanaları Baş İdarəsi (CTE) zəlzələdən sonra Hatay T Tipi Qapalı Cəzaçəkmə Müəssisəsində qaçmağa cəhdlə bağlı açıqlama verib.

Məhkum və saxlanılanların bəzilərinin yanğın törədərək qaçmağa cəhd etdiyi, lakin qanunvericilik çərçivəsində lazımi tədbirlərin görüldüyü bildirilib.

Qeyd edilib ki, baş verən hadisə zamanı məhkum və saxlanılanlardan 12 nəfər yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan 3-ü həyatını itirib.

“Bəzi mətbuat və sosial media platformalarında Hatay T Tipi Qapalı Cəzaçəkmə Müəssisəsi ilə bağlı yayılan iddialar barədə mətbuat açıqlamasına ehtiyac duyuldu. Cəzaçəkmə müəssisəsində olan bəzi məhkum və saxlanılanların qaçmağa cəhd göstərməsi və daha sonra yanğın törətməsi səbəbi ilə əməliyyat keçirilib. Cəzaçəkmə müəssisəsində saxlanılan və məhkum olunmuş şəxslərin qaçmasının qarşısının alınması, yanğının söndürülməsi və təhlükəsizliyin təmin edilməsi üçün qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb. 

Nəticədə qaçış cəhdinin qarşısı alınıb, yanğın söndürülüb, məhbusların və saxlanılanların təhlükəsizliyi təmin edilib. Hadisə zamanı 12 nəfər yaralanıb, xəstəxanaya sövq edilən yaralılardan 3-ü dünyasını dəyişib. Ədliyyə nazirimiz tərəfindən hadisənin araşdırılması üçün Ədliyyə Nazirliyinin müfəttişləri, həmçinin Cəza və İstintaq Təcridxanaları Baş İdarəsinin nəzarətçilərinə göstəriş verilib, məhkəmə və inzibati istintaq prosedurlarına başlanılıb. 
Cəzaçəkmə müəssisəsində qadın məhbus və saxlanılanlara qarşı təcavüz iddiaları və digər əsassız ittihamlar tamamilə həqiqətəuyğun deyil. Qeyd olunan hadisələr nəticəsində cəzaçəkmə müəssisəsi istifadəyə yararsız hala düşdüyü üçün məhkum və saxlanılanlar digər cəzaçəkmə müəssisələrinə köçürülüblər”, - deyə açıqlamada qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Muaytay Federasiyası ilə bağlı qərar verildi

Muaytay Federasiyası ilə bağlı qərar verildi

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Sevgi dolu 4 BÜRC

Sevgi dolu 4 BÜRC

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

"Türk seriallarına həsəd aparıram"

"Türk seriallarına həsəd aparıram"

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

İran neft hasilatını azaltmağa başladı

İran neft hasilatını azaltmağa başladı

GENERALA yeni elmi ad verildi

GENERALA yeni elmi ad verildi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

End of content

No more pages to load

RADİO