Gündəmdən yoxa çıxan “Şipşirin” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Elçin Cəfərov Avstriyaya yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi paytaxt Vyanada çəkdirdiyi şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Elçin Cəfərovun uzun müddətdir ki, ailəsi ilə Türkiyəyə köçüb.
Müğənnin həyat yoldaşı Aydan Tənzilə Rüstəmxanlı və xalq şairi Sabir Rüstəmxanlının qızıdır. Cütlüyün Can adlı oğlu var.
Rəşad Əliyev, Bizim.Media