90-ci illərin porno ulduzu Pamela Anderson etirafı ilə dünya mətbuatına damğa vurub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aktrisa açıq şəkildə uşaq ikən dayəsini öldürmək istədiyini açıqlayıb.
55 yaşlı ulduz bildirib ki, 3-4 il ərzində qadın onu sözün əsl mənasında zorlamağa cəhd edib.
“Valideynlərim onun çox yaxşı uşaq baxıcısı olduğunu düşünürdülər, çünki o, tez-tez hədiyyələr gətirirdi. Amma o, məni incidirdi və bu barədə danışmamağımı söyləyirdi”, - deyə məşhur model və aktrisa vurğulayıb.
Pamela qardaşını pis dayədən qorumaq istəyib, hətta sui-qəsd planlaşdırmağa başladığını söyləyib.
O, dayənin ürəyinə konfet çubuğu soxmaq istəyib, lakin problem öz-özünə həll olunub.
“Bir dəfə mən dayəmə dedim ki, onun ölməsini istəyirəm və ertəsi gün o, avtomobil qəzasında öldü”, - deyə məşhur xatırlayıb.
O, uzun müddət bu hekayəni yaxınları ilə bölüşməkdən çəkinib. Amma indi Pamela bunun sadəcə bir təsadüf olduğunu deyir.
Rəşad Əliyev, Bizim.Media