Bir çox Avropa ölkələri Ukraynanı ağır tanklar və hərbi silahlarla təchiz etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə Madriddə keçirilən“Yeni İqtisadiyyat Forumu”nun mükafatlandırma mərasimində çıxışı zamanı Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell məlumat verib.
“Ukraynanın hərbi silahlara və ağır tanklara ehtiyacı var. Bəzi Avropa ölkələri də bunu təmin etməyə hazırdır”, - deyə Borrell bildirib.
Bizim.Media