İran prezidenti Avropa Parlamentinin SEPAH-ın adının terror təşkilatları siyahısına salınması ilə bağlı qərarını pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
İbrahim Rəisi bu addımın beynəlxalq qanunlara və BMT Nizamnaməsinə zidd olduğunu bildirib.
O, eləcə də bu qətnaməni “çarəsizlikdən və İran xalqını vurmaq üçün uğursuz küçə planlarından sonra atılan addım” adlandırıb.
Bizim.Media