Zaporojye vilayətinin rusların nəzarətində olan Berdyansk şəhəri üzərində iki Ukrayna pilotsuz təyyarəsi vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya tərəfindən Zaporojye vilayətinin administrasiya şurasının üzvü təyin edilən Vladimir Roqov bildirib.
“Hava hücumundan müdafiə sistemi iki Ukrayna kamikadze pilotsuz təyyarəsini vurub. Hücum uğurla dəf edilib", - deyə şura üzvü qeyd edib.
Onun sözlərinə görə, dağıntı və zərərçəkən olmayıb.
Bizim.Media