Vilnüsün siyasi spekulyasiyaları və erməni məsələsi - Litvalı jurnalistdən SENSASİON AÇIQLAMA

1991-ci ildə müstəqillik əldə etdikdən sonra özünü dünyəvi və demokratik dövlət elan edən Litva əslində Böyük Dövlətlərin bir maşasıdır. Çoxlarına bəlli olmayan öhdəliklər səbəbi ilə Litva 2004-cü ildə həm Avropa İttifaqının, həm də NATO-nun üzvlüyünə qəbul edildi. Bu hadisədən cəmi bir ay sonra Litva erməni soyqırımını tanıdı. Təbii ki, Litva hakimiyyətinin bu canfəşanlığı təsadüfi deyildi. Bu, Litva hökumətinin xaricdəki ağalarının qarşısında götürdüyü öhdəliklərinin bir parçası və tərkib hissəsi idi.

Bəs, Litvanın Böyük Güclər qarşısında daha hansı öhdəlikləri var?

Litvalı jurnalist, publisist Gintaras Visotskas “Slaptai.lt” nəşrində ölkəsinin bəzi öhdəlikləri barədə geniş məqalə dərc etdirib. 

Məqalədə deyilir: “Litva ədalət və ədəb modeli deyil. Bu, onun böyük dövlətlər qarşısında götürdüyü öhdəliklərdə də aydın görünür. Məsələn, 1991-ci ildə Pekinin Litvanın müstəqilliyini tanıması üçün rəsmi Vilnüs Çinlə xüsusi müqavilələr imzaladı. Bu müqaviləyə görə, Litva Çinə hörmət edəcəyinə söz verdi. Burada bir detalı qeyd etmək xüsusilə vacibdir: Litva Çinə söz verdi ki, Tayvanla əməkdaşlıq etmək istəsə, ilk növbədə Pekindən xeyir-dua alacaq. Daha doğrusu, Litva Tayvanla yalnız Pekin vasitəsilə dost olacaq”.

Litva xalqı bu oyunlardan narahatdır

Litvalı jurnalist rəsmi Vilnüsün apardığı siyasi spekulyasiyaların mahiyyəti haqqında qeyd edir ki, NATO-nun, daha konkret desək, Almaniyanın qoşunları vaxtilə Litvada yerləşdirildi. Amma bu, bir görüntü xarakteri daşıyır, ölkəmizin təhlükəsizliyinə hər hansı faydası olacağına inanmıram:

“Alman hərbçilərinin Litvada hansı şərtlərlə yerləşdiriləcəyi ilə bağlı yaranan mübahisəni hər kəs çox yaxşı xatırlayır. Əgər Almaniya demokratik, sivil ölkədirsə, onda ordusunun torpaqlarımızda olmasından niyə narahatlıq duymur?
Ən pisi də odur ki, bu gün sadə litvalıların bu məsələyə reaksiyası rəsmi Berlini zərrə qədər də narahat etmir. Razılaşın, bu çox vacib sualdır. Axı, Litvada yalnız briqada komandanlığı, yalnız generallar yerləşdirilirsə, onda nəsə baş verərsə, alman əsgərləri Rukla və Pabradedəki poliqonlara nə zaman gəlib çatacaqlar? Daha doğrusu gəlib çatmağa vaxtları olacaqmı? Mənə elə gəlir ki, Bundestaq alman əsgərlərinin Litvaya köçürülməsini qəsdən ləngidir. Axı, Baltikyanı ölkələr üçün alman əsgəri canını niyə qoymalıdır?

Və burada daha vacib bir məqam var. Rusiya ilə ciddi hərbi münaqişə yaranarsa, alman ordusu doğrudanmı litvalılar üçün vuruşacaq? Bu sualı başqa cür də qoymaq olar. Ruslarla münaqişə məqamında almanların panikaya düşməyəcəyinə, tanklarını və tank ekipajlarını Litvadan çıxarmayacağına zəmanət varmı? Təbii ki, yox. Bu isə görünən xəyanətin bir hissəsidir.
Baxmayaraq ki, Almaniya təkcə NATO-da deyil, həm də Avropa İttifaqında Litvanın tərəfdaşdır. Nə yazıq ki, bu ancaq bir görüntüdür. Həqiqətsə, çox dərinliklərdə gizlənib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Taleh ilk dəfə AÇIQLADI: “İstəyirsən, övladın hamı kimi olsun” - VİDEO

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Pentaqon açıqladı: ABŞ müdafiəyə 1,5 trilyon dollar ayırır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Ukrayna Rusiya ilə yeni ƏSİR MÜBADİLƏLƏRİNƏ hazırlaşır

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

Röya ilə Əkbərin trend olan mahnısı yutubdan SİLİNDİ

End of content

No more pages to load

RADİO