“Avropa İttifaqının (Aİ) Kiyev üçün 2023-cü il üçün ümumi həcmi 18 milyard avro olan makro-maliyyə yardımı proqramının birinci tranşı yanvarda köçürüləcək”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen İsveçin Baş naziri Ulf Kristerssonla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Bu makro-maliyyə yardım proqramı Aİ-nin tərəfdaş ölkəyə ayırdığı ən böyük yardım proqramıdır", - deyə Leyen bildirib.
Bizim.Media