Prezident və birinci xanım Uşaq-Gənclər İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış oldular – FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar. 

Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib. 

Bildirilib ki, 1937-ci ildə Bakıda S.Vəlixanlı küçəsi 3 ünvanında yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub. 

İlk vaxtlar sarayda texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə üzrə dərnəklər fəaliyyət göstərib. 1946-cı ildə sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansambl üçün “Cücələrim” mahnısını yazıb. Məhz bu səbəbdən 1959-cu ildə kollektiv "Cücələrim” adlandırılıb. 
Təqribən 15 il sonra -1961-ci ilin aprelində dünyanın ilk kosmonavtının şərəfinə saraya Yuri Qaqarinin adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 1991-ci il 427 saylı qərarına əsasən Y.Qaqarin adına pioner və məktəblilər sarayının adı dəyişdirilib, Tofiq İsmayılov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılıb. 

Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bu il isə ona publik hüquqi şəxs statusu verilib. 

Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib.

İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq. 

Qeyd edək ki, bu Mərkəzin binasının əsaslı təmiri və bərpası Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalaşmasına göstərdikləri diqqət və qayğının daha bir nümunəsidir. 

Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

End of content

No more pages to load

RADİO