İlham Əliyev və Mehriban Əliyeva “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, “STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur.

Qeyd edək ki, müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur.

Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir.

Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır.

Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, “STEAM Azərbaycan” layihəsinin davamı olan “STEAM İnnovasiya Mərkəzi”nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.

Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.

Məlumat verilib ki, bu Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.

Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

End of content

No more pages to load

RADİO